• cümə axşamı, 28 mart, 13:51
  • Baku Bakı 16°C

Baş nazirin müavini: "Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür"

28.10.16 10:33 765
Baş nazirin müavini: "Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür"
Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevbu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə çıxış edən D. Kumsişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Bizim istiqamətlərimiz əlaqəlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim iqtisadi maraqlarımız üst-üstə düşür".

Ş. Mustafayev isə bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq aləmdə hər zaman bir-birini dəstəkləyib. "Biz regional layihələrdə birgə iştirak edirik və ölkələrimizin iqtisadi inkişafına nail olmağa çalışırıq", - deyə nazir qeyd edib.

Bunun ardınca görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.
banner

Oxşar Xəbərlər