• çərşənbə axşamı, 23 aprel, 14:52
  • Baku Bakı 24°C

Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

24.07.19 16:22 14886
Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
"Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq”. Bu sözləri Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ilə keçirdiyi görüşdə səsləndirib. Diqqətə çatdırıb ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür. Bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Baş Nazirin müavini xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.
"ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəkləyir”. Bu fikri isə səfir Li Litzenberqer səsləndirib. Nazirlər Kabinetində keçirilən görüşdə səfir bildirib ki, Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuşdur.
banner

Oxşar Xəbərlər