• cümə, 29 Mart, 04:25
  • Baku Bakı 7°C

Baş nazirin müavini: "Bir-iki ilə ölkə üzrə tam icbari tibbi sığortaya keçmək mümkün deyil"

30.11.17 13:20 1504
Baş nazirin müavini: "Bir-iki ilə ölkə üzrə tam icbari tibbi sığortaya keçmək mümkün deyil"
"İcbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmət göstərilir. Xəstəxanalara müraciətlərin sayı da bunu göstərir".
APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müaviniƏli Əhmədov"Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə. Əhmədov deyib ki, gələcəkdə icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunarkən dövlət əlillərin, uşaqların, pensiyaçıların icbari tibbi sığorta haqqını ödəyəcək: "İşləyən insanlar isə özləri icbari tibbi sığortanı ödəyəcək. Sığorta haqqına gəlincə, bu, çox ciddi problemdir. Avropa ölkələrinin bəzilərində icbari tibbi sığorta haqqı pensiya fonduna ödənilən vəsait qədərdir. Ancaq bizim cəmiyyət buna hazır deyil. Burada da ödəniş işə götürənlər və işləyənlər arasında bölünəcək. Biz orta məxrəc tapılmasına çalışacağıq. İnsanların əmək haqqına və yaşayış durumuna çox böyük yük düşməməsinə çalışacağıq. Biz təxmini müəyyən etmişik ki, bu gün səhiyyəyə ayrılan vəsaitə nə qədər əlavə edilməlidir ki, səhiyyə daha yüksək olsun. Tam icbari tibbi sığortaya keçmək üçün hazırda səhiyyəyə ayrılan mövcud vəsaitdən 2-2,5 dəfə çox vəsait olmalıdır. Bu gün ölkədə 1,5 milyon muzdla çalışan insanlar var. İşləməyən əhaliyə də təkliflərimiz var. İşləməyən əhali ildə bir-iki dəfə vəsait ödəyərək icbari tibbi sığortadan istifadə etmək hüququ qazanacaq. Əgər rəsmi işləməyən əhali bu vəsaiti ödəməyəcəksə, xəstəxanadan bütün tibbi xidmətlərin dəyərini özləri ödəyəcəklər. İlkin mərhələdə Avropa ilə müqayisədə icbari tibbi sığorta haqqı simvolik olacaq. Gələcəkdə əmək haqqı artdıqca bu rəqəm arta bilər".
İcbari tibbi sığorta paketinə daxil olan xidmətlərə gəlincə, baş nazirin müavini qeyd edib ki, gələcəkdə bu barədə hesablama aparılmalıdır: "İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət zərfi müəyyənləşəcək. Biz çalışacağıq ki, bu tibbi xidmət zərfi yetərli tibbi xidməti əhatə etsin. Azərbaycanda 1-2 il ərzində ölkə üzrə tam icbari tibbi sığortaya keçmək mümkün deyil. Gələn il də biz icbari tibbi sığortanın üzərində işləyəcəyik ki, ağrısız keçidi təmin edəcək. Tutaq ki, bütün xəstəxanalar icbari tibbi sığortaya keçdi, insanların da əksəriyyəti icbari tibbi sığorta haqqı vermir. O halda necə olacaq? Ona görə də ağrısız keçid təmin edilməlidir".
banner

Oxşar Xəbərlər