• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Baş nazirin müavini: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verəcək”

25.02.17 15:00 1009
Baş nazirin müavini: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verəcək”
"Ermənilərin cəbhədə təxribat törətməsi ilk dəfə deyil. Onlar müxtəlif bəhanələrlə həmişə belə təxribatlara əl atırlar. Görünür ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkmək istəmirlər”.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibiƏli Əhmədovcəbhədə vəziyyətin gərginləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
Ə. Əhmədov qeyd edib ki, ermənilərin cəbhədə təxribatı məhzXocalısoyqırımının 25-ci ildönümü ərəfəsində törətmələri onların xislətindən xəbər verir: "Əminəm ki, Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcək, düşmən itkilər verərək, təxribat törətdiyinə görə peşman olacaq.
Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa təxribatlara cavab verməyə, daha geniş miqyaslı döyüşlərə hazırdır”.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərib.
CəbhəninXocavənd-Füzuliistiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
banner

Oxşar Xəbərlər