• cümə axşamı, 18 aprel, 15:57
  • Baku Bakı 22°C

Baş nazirin müavini: "2003-cü ildən bu vaxtadək təxminən 1,9 milyon iş yeri yaradılıb"

30.11.17 12:45 1396
Baş nazirin müavini: "2003-cü ildən bu vaxtadək təxminən 1,9 milyon iş yeri yaradılıb"
"Azərbaycan prezidentiİlham Əliyevin 17 mart 2017-ci il tarixli "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, 9 oktyabr tarixli sərəncamla isə "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib".
APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədriƏli Əhmədov"Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə. Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində addımlar atılıb və atılır: "Azərbaycanda insanların məşğulluğu istiqamətində hökumət tərəfindən ciddi layihələr həyata keçirilir və bu, ciddi effekt verməkdədir. Prezidentİlham Əliyev2003-cü ildə seçki platformasının əsas istiqamətlərindən biri olaraq 5 il ərzində500 min iş yerinin yaradılacağı əksini tapmışdı. Sonrakı dövrdə də bu istiqamət əsas prioritetlərdən biri olub. 2003-cü ildən bu yana təxminən 1,9 milyon iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istiqamətində çox möhtəşəm layihə həyata keçirilib. İşsizliyin səviyyəsinin aşağı salınması insanların rifahına ciddi təsir göstərib ".
Baş nazirin müavini qeyd edib ki, 2000-ci illərin əvvəlində yoxsulluq 50 faiz civarında olubsa, indi 4,5 faiz səviyyəsindədir.
banner

Oxşar Xəbərlər