• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

Baş nazir: “Zəlzələ Yeni Zelandiyaya 1,5 milyard dollar ziyan vurub”

17.11.16 10:19 849
Baş nazir: “Zəlzələ Yeni Zelandiyaya 1,5 milyard dollar ziyan vurub”
Noyabrın 13-dən 14-ə keçən Yeni Zelandiyada baş vermiş güclüzəlzələölkəyə 1,5 milyard dollara yaxın ziyan vurub.
APA-nın məıumatına görə, bunu Yeni Zelandiyanın baş naziri Con Ki "Newstalk ZB” radiosuna müsahibəsində bəyan edib.
"Çox güman ki, dəymiş ziyanın həcmi 2 milyardı keçəcək. Şübhəsiz ki, təbii fəlakət ölkə büdcəsinə mənfi təsir göstərəcək”, deyə Con Ki bildirib.
Yeni Zelandiyanın milli seysmoloji mərkəzinin son məlumatına görə, ölkədə baş verən dağıdıcı zəlzələnin maqnitudası 7,8 bal təşkil edib. Bundan əvvəl zəlzələnin 7,5 bal gücündə baş verdiyi bildirilirdi.
banner

Oxşar Xəbərlər