• çərşənbə axşamı, 19 mart, 12:24
  • Baku Bakı 8°C

Baş nazir: Yaponiya müdafiə gücünü artıracaq

22.01.18 12:50 454
Baş nazir: Yaponiya müdafiə gücünü artıracaq
Yaponiya öz təhlükəsizliyini təmin etmək üçün müdafiə gücünü artıracaq.
Trend-in məlumatına görə, bunu ölkə parlamentində çıxış edən Yaponiyanın Baş naziri Sindzo Abe deyib.
Şimali Koreyanın raket təhdidindən danışan S.Abe ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində qəbul edilən konkret tədbirləri təqdir edib:"Regionda təhlükəsizlik baxımından pisləşən vəziyyəti nəzərə alaraq, biz ölkəmizin müdafiə gücünü, o cümlədən "Aegis Ashore" raket əleyhinə müdafiə sisteminin və "Standoff missile" (JASSIM) uzaq mənzilli qanadlı raketlərinin tətbiqi hesabına artıracağıq".
Qeyd edək ki, son dövrlərdə Yaponiya ABŞ ilə sıx hərbi əməkdaşlıq əsasında Koreya Xalq Demokratik Respublikasından raket təhdidi ilə əlaqədar olaraq hərbi müdafiəsini gücləndirməyə istiqamətlənib. Şimali Koreya isə təcavüz olacağı təqdirdə ABŞ-ın, o cümlədən Yaponiya ərazisindəki hərbi bazalarına nüvə zərbələri endirəcəyini bəyan edir.
banner

Oxşar Xəbərlər