• çərşənbə, 08 May, 04:49
  • Baku Bakı 13°C

Baş nazir: "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

21.01.18 15:15 810
Baş nazir: "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"
TürkiyəSuriyasərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım media təmsilçiləri ilə görüşdə bəyan edib.

B. Yıldırım Türkiyə ordusunun dünən başladığı "Zeytun budağı" əməliyyatında da əsas məqsədin Türkiyə sərhədi boyuSuriyaərazisində 30 km genişlikdə təhlükəsizlik zolağı yaratmaq olduğunu bildirib.

Qeyd edək ki,dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinəhavazərbələri endirib. Bu gün isə Türkiyə ordusuSuriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif AzadSuriyaordusunun hücumu başlayıb. AzadSuriyaOrdusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir.
banner

Oxşar Xəbərlər