• cümə axşamı, 28 mart, 18:27
  • Baku Bakı 13°C

Baş nazir: “İraq İrana qarşı sanksiyalara qoşulmayacaq, ancaq ona tabe olacaq”

08.08.18 14:00 397
Baş nazir: “İraq İrana qarşı sanksiyalara qoşulmayacaq, ancaq ona tabe olacaq”
"Biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq”.
"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.
O bildirib ki,İraq beynəlxalq sanksiyalara qarşıdır: "Ölkəmiz onun ağır nəticələrini yaşayıb. Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.
Qeyd edək ki,İran-İraq sərhədində 9 Nəzarət-Buraxılış Məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur.
Xatırladaq ki,avqtustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsinoyabrın 5-də başlayacaq.
banner

Oxşar Xəbərlər