AZE | RUS | ENG |

Baş nazir: “İraq İrana qarşı sanksiyalara qoşulmayacaq, ancaq ona tabe olacaq”

Baş nazir: “İraq İrana qarşı sanksiyalara qoşulmayacaq, ancaq ona tabe olacaq”
"Biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq”.

"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

O bildirib ki, İraq beynəlxalq sanksiyalara qarşıdır: "Ölkəmiz onun ağır nəticələrini yaşayıb. Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.

Qeyd edək ki, İran-İraq sərhədində 9 Nəzarət-Buraxılış Məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur.

Xatırladaq ki, avqtustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də başlayacaq. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000