• çərşənbə, 17 Aprel, 03:13
  • Baku Bakı 14°C

Baş nazir: "Biz etibarlı tərəfdaş kimi enerji resurslarının Qərb bazarlarına çatdırılmasını təmin edirik"

12.10.17 12:10 783
Baş nazir: "Biz etibarlı tərəfdaş kimi enerji resurslarının Qərb bazarlarına çatdırılmasını təmin edirik"
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda ölkədə həyata keçirilən infrastruktur layihələrdən danışıb.
APA-nın yerli bürosunun məlumatına görə, hökumət başçısı Gürcüstanın fəal olaraq Avropa ölkəsi kimi inkişaf etdiyini deyib: "Eyni zamanda, Avropa və Asiya arasında mərkəz kimi biz effektiv tranzit infrastrukturu inşa edirik və "Bir kəmər-bir yol” təşəbbüsünə dəstək veririk. Bu ilBakı-Tbilisi-Qarsdəmir yolunun tikintisi başa çatır. Bununla yanaşı biz, Qara dəniz sahilində Anaklia limanının inşasına başlayırıq”.
G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan energetika sahəsində etibarlı tərəfdaş olaraq qərb bazarlarına enerji resurslarının çatdırılmasını təmin edir.
banner

Oxşar Xəbərlər