• cümə axşamı, 28 mart, 19:07
  • Baku Bakı 13°C

Baş nazir: “Aprel döyüşləri danışıqlar yolundan başqa, hərb yolunun da olduğunu göstərdi”

17.03.17 14:10 621
Baş nazir: “Aprel döyüşləri danışıqlar yolundan başqa, hərb yolunun da olduğunu göstərdi”
"Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandanİlham Əliyevtərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğını xüsusi ilə vurğulamaq istəyərdim. Bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələri də yerinə yetirilməsini təmin edir”.
APA-nın xəbərində görə, bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazirArtur Rasizadədeyib.
O bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazılıb. "Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi. Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi”, - deyə baş nazir vurğulayıb.
banner

Oxşar Xəbərlər