• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

Baş nazir aparatının 257 əməkdaşı işdən çıxarıldı - Türkiyədən xəbər

19.07.16 14:35 794
Baş nazir aparatının 257 əməkdaşı işdən çıxarıldı - Türkiyədən xəbər
Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb.
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib.
Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.
Qeyd edək ki, 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyənin dövlət orqanlarında "Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduğu iddia edilən dövlət məmurlarının kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.
banner

Oxşar Xəbərlər