• şənbə, 20 Aprel, 05:30
  • Baku Bakı 15°C

Baş mütəxəssis: “Anesteziologiya, reanimatologiyada normativlərin pozulması xəstələr üçün ölümə bərabərdir”

10.10.17 12:40 992
Baş mütəxəssis: “Anesteziologiya, reanimatologiyada normativlərin pozulması xəstələr üçün ölümə bərabərdir”
"Anesteziologiya-reanimatologiya sahəsində normativlərin, standartların pozulması müəyyən hallarda ağır xəstələr üçün ölümə bərabər ola bilər”. BunuAPA-ya Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu Aydın Qədirov deyib.
Cərrahiyyə əməliyyatları zamanı narkozdan ölüm hallarına münasibət bildirən baş mütəxəssis bildirib ki, anestezioloq xəstənin vəziyyətini qiymətləndirərək narkozu seçir, dozanın seçiminə heç kimin qarışmağa ixtiyarı yoxdur: "Məsələn, bəzi hallarda cərrahlar bildirir ki, qeysəriyyə kəsiyi əməliyyatında uşağı çıxarana kimi intubasiya edib aparata keçirmə. Bunun nəticəsində 4-5 halda xəstə əməliyyat stolunda ölüb. Belə hallar sonradan qadağan edilib. Və yaxud xəstədə qanaxma olduqda cərrah qanı palatada vurur. Bu da bir çox fəsadlar, anaflaktik şok verir. Nəticədə xəstəni vəziyyətdən çıxarmaq olmur. Çünki qanın vurulması işi reanimasiyada görülməlidir. Bəzi hallarda anestezioloqlar tərəfindən müəyyən məsələlərdə güzəştə gedilir. Lakin heç kəsə güzəştə getmək olmaz. Anestezioloq hər bir xəstəyə görə hüquqi məsuliyyət daşıyır”.
A.Qədirov əlavə edib ki, nazirliyin əsasnaməsinə əsasən, nazirliyin baş mütəxəssislərinin işi onun iş yerinin vaxtı ilə icra olunur: "Yəni iş 9-dan 17-dəkdirsə, sonrakı müddət istirahət dövrü sayılır. Halbuki mənim iş vaxtım 4-5-dən sonra başlayır. Xəstəxanaya ağır xəstə daxil olduqda anestezioloqun gücü çatmadıqda lazım olsa şöbə müdiri, ya da baş mütəxəssis cəlb edilə bilər. Amma bu gün heç bir baş mütəxəssis kabinetdən çıxmır. Mənsə günün istənilən saatında lazımi əraziyə gedirəm. Bəzən nadir hallarda baş həkimlər anestezioloqları cəzalandırır ki, sən niyə baş anestezioloqa zəng vurmursan? Əlbəttə, həmin baş həkimlərlə bağlı ciddi cəza tədbirləri görülüb. Deməli, bəziləri hesab edir ki, xəstənin vəziyyəti pisləşə bilər, ancaq kiməsə xəbər etmək olmaz. Baş həkimlər sadəcə "Narkoz verə bilmirsənsə çıx, başqası gəlsin”, deyir. Hansısa baş həkimin sadəcə, hansısa həkimdən xoşu gəlmədiyi halda başqasını işə çağırması düzgün deyil”.
banner

Oxşar Xəbərlər