Baş məşqçinin başına pivə butulkası atdılar
Yunanıstan çempionatında insident baş verib.
Kaspi.az xəbər verir ki, hadisə "Panatinaikos” - PAOK oyununda
yaşanıb. Qarşılaşmanın 58-ci dəqiqəsində tribunadan atılan pivə butulkası
PAOK-un baş məşqçisi Vladimir İviçin başına dəyib.
Çalışdırıcı xəstəxanaya yerləşdirilib. Qarşılaşma isə yarımçıq
dayandırılıb. Həmin vaxt "Panatinaikos” hesabda 1:0 öndə olub. Qarşılaşma ilə
bağlı qərar bir neçə gündən sonra veriləcək.