• çərşənbə axşamı, 23 aprel, 20:34
  • Baku Bakı 20°C

Baş məşqçi istefa vedi

21.04.14 12:35 1077
Baş məşqçi istefa vedi
"Siftə” həmişə olduğu kimi, yenə "Azəryol” klubundan gəlib.
Belə ki, Çempionlar Liqasında və CEV kubokunda uğursuz mövsüm keçirən, Super Liqanın final mərhələsində "Rabitə”yə hər 3 oyunda uduzan komanda rəhbərliyi Ancelo Vercesi ilə müqaviləni uzatmamaq qərarına gəlib.
2 mövsüm öncə "Bakı”ya bürünc medal qazandıran Vercesi xəbəri təsdiqləyib. O, sosial şəbəkələrdə Azərbaycana təşəkkür edərək, artıq vətəni Braziliyaya yola düşüb: "Bakıda axırıncı gün... Təşəkkürlər Azərbaycan... Yaxşı mövsüm keçirdik. "Azəryol” rəhbərliyinə, məşqçilər heyətinə, oyunçulara və Azərbaycan "çox sağ ol” deyirəm”.
Qeyd edək ki, digər klublarda da baş məşqçi dəyişikliyi istisna deyil./apa/
banner

Oxşar Xəbərlər