• cümə, 29 Mart, 18:28
  • Baku Bakı 14°C

Baş məşqçi: "Azərbaycanla qarşılaşma üçün dəqiq planımız var"

08.06.19 12:30 625
Baş məşqçi: "Azərbaycanla qarşılaşma üçün dəqiq planımız var"
"Biz güclü rəqib gözləyirdik və ilk hissədə bunu təsdiqlədilər".
"Report" xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisiPavel Hapal yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis görüşün ikinci hissəsinin tamamilə fərqli olduğunu söyləyib. O, ikinci yarıda oyunu öz xeyirlərinə dəyişə biləcəklərinə inandıqlarını bildirib: "İlk hissədən sonra oyuna nəzarət etdik. Gənc futbolçuların çıxışından razıyam. Bu matçda digər oyunçularımızı da görmək istədik və onlara şans verdik".
P.Hapal iyunun 11-dəBakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup oyunu barədə də danışb:"Azərbaycanla qarşılaşma üçün dəqiq bir planımız var. Həmin oyuna köklənmək istəyirik. Bu, çox vacib qarşılaşmaolacaq. Məqsədimiz ən yaxşısını əldə etməkdir".
Qeyd edək ki,Azərbaycan - Slovakiya oyunu "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər