• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

Baş katib Fransada jurnalistlərə qarşı hücumları pisləyib

15.01.19 11:30 455
Baş katib Fransada jurnalistlərə qarşı hücumları pisləyib
Avropa Şurası(AŞ)Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.
"Report"un Qərbi Avropa bürosu bildirir ki,Avropa Şurasının baş katibiTörbyorn YaqlandFransada "sarı jiletlilər"in aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.
O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşıtəhdidləri və hücumlarıqəti surətdə pisləyib.
"Öz peşəsini yerinə yetirənjurnalistlərə hücum etmək demokratiyaya hücum etməkdeməkdir. Azad şəkildə sözünü demək, aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz", - deyə o bildirib.
Daha əvvəlAvropa Şurasının baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddətibaşa çatıb.
banner

Oxşar Xəbərlər