• cümə axşamı, 25 aprel, 16:09
  • Baku Bakı 23°C

Baş katib Əfqanıstanda törədilən terror aktını pisləyib

21.11.18 11:45 407
Baş katib Əfqanıstanda törədilən terror aktını pisləyib
BMT-nin baş katibiAntoniu Quttereşvə beynəlxalq təşkilatınTəhlükəsizlik ŞurasıƏfqanıstanda törədilən terror aktını qəti şəkildə pisləyib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş katibin mətbuat xidmətinin açıqlamasında bildirilir.
"Baş katib Kabildə dini bayramı qeyd etmək üçün toplaşmış əfqanlara hücumu qəti şəkildə pisləyir", - deyə Quttereşin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Baş katib bundan əlavə həlak olanların ailələrinə və yaralananlara başsağlığı verib. BMT-nin Təhlükısizlik Şurası da həmçinin cinayətkarın hərəkətini pisləyib.
"Təhlükəsizlik Şurasının üzvləri terrorizmin bütün formalarının beynəlxaq sülhə və təhlükəsizliyə ən ciddi təhlükə olduğunu təsdiqləyirlər", - deyə Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.
Qeyd edək ki, Kabildə partlayış törədilib. Hadisə nəticəsində ölənlərin sayı50nəfəri ötüb.
banner

Oxşar Xəbərlər