• cümə, 29 Mart, 12:08
  • Baku Bakı 14°C

Baş kardioloq: "Televiziya proqramlarında iştirak edən həkimlərə nəzarət olunmalıdır"

26.10.16 15:43 1008
Baş kardioloq: "Televiziya proqramlarında iştirak edən həkimlərə nəzarət olunmalıdır"
"Azərbaycanın müxtəlif televiziya kanallarındakı proqramlarda iştirak edən həkimlərə nəzarət olunmalıdır”.

Respublikanın baş kardioloqu Faiq QuliyevAPA-ya açıqlamasında deyib ki, müxtəlif növ xəstəliklərlə bağlı əhali düzgün məlumatlandırılmalıdır.

"Amma bu gün müxtəlif televiziya proqramlarında həkimlər, hansısa mərkəzlər özünü reklam edir. Bu düzgün deyil. O reklama, proqramlara cəlb olunan həkimlərə görə kimsə məsuliyyət daşımalıdır. Onların doğrudan da sahəsi üzrə mütəxəssis olub-olmadığı müəyyənləşdirilməlidir. Bəzən proqramlarda kardioloqlar çıxış edir, amma bu sahənin mütəxəssisi kimi mən onları tanımıram”, - deyə o vurğulayıb.

F. Quliyev qeyd edib ki, televiziya reklamlarına nəzarət edilməlidir: "Əgər bu nəzarət olmasa, sabah zəhər də reklam edərlər. Bu gün həkim işləmək istəyənlər müəyyən sertifikasiyadan keçir, sonradan 5 il ərzində fəaliyyət göstərmək üçün razılıq alır. Reklam olunan həkimin fəaliyyəti, işləmək icazəsinin olub-olmaması yoxlanılmalıdır”.
banner

Oxşar Xəbərlər