• şənbə, 20 Aprel, 10:06
  • Baku Bakı 14°C

Baş kardioloq: “Azərbaycanda ürək-damar xəstəlikləri epidemik xarakter alıb”

08.06.17 14:00 1499
Baş kardioloq: “Azərbaycanda ürək-damar xəstəlikləri epidemik xarakter alıb”

Ürək-damar xəstəlikləri bu gün ölkədə ən yayılan əsas xəstəliklərdən biridir.APA-nın xəbərinə görə, respublikanın baş kardioloqu Faiq Quliyev bildirib ki, son illər ölkədə ürək-damar xəstəlikləri epidemik xarakter daşıyır və belə xəstələrin sayı artır. Onun sözlərinə görə, ölkədə ürək-damar xəstəliklərindən olan arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60 % təşkil edir.

F. Quliyev qeyd edib ki, Azərbaycanda əhalinin orta yaş həddinin artması nəticəsində ürək çatışmazlığı halları da artıb: "Belə ki, əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13 faizdir. Ölkədə hər 1000 nəfərə 4 kəskin koronar sindromlu xəstə düşür. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunduqda, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir".

banner

Oxşar Xəbərlər