• cümə axşamı, 28 mart, 13:29
  • Baku Bakı 16°C

Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

13.03.17 13:57 903
Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"
"Azərbaycan qazını Avropaya nəql edəcəkTANAPlayihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir". "APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir.
"TANAPBakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır.TANAPmərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir.TANAPqarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir. Əslində, biz işlərimizi çox tez başa çatdırmağı və 2019-cu ilin ortalarında Avropaya qaz nəql etməyi planlaşdırırıq. Lakin bu vaxtadək TAP layihəsinin icra olunacağına inanmırıq. Buna görə, biz 2020-ci ildən etibarən Avropaya qazın nəql olunacağını proqnozlaşdırırıq", - deyə S.Düzyol bildirib.
banner

Oxşar Xəbərlər