• şənbə, 20 Aprel, 07:52
  • Baku Bakı 14°C

Baş direktor: "Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə tikintinin başa çatmasına 5 kilometr qalıb"

05.02.18 14:30 693
Baş direktor: "Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə tikintinin başa çatmasına 5 kilometr qalıb"
"Qəzvin-Rəşt dəmir yolu layihəsi çərçivəsində işlərin sürətləndirilməsi üçün ayrılmış vəsaitin çoxu xərclənilib. Layihə üzrə tikinti işlərinin başa çatmasına 5 kilometr qalıb".
APA-nın Tehran bürosunun məlumatına görə, Gilan əyalətinin yol və şəhərsalma idarəsinin baş direktoru Əli Xavəri jurnalistlərə açıqlamasında bildirib ki, 164 kilometrlik dəmir yolu xəttinin 148 kilometrində relslərin qoyulması prosesi başa çatıb: "Dəmir yolu xəttinin Gilan əyaləti ərazisində infrastruktur tam hazırdır. Sadəcə 1 kilometr məsafədə relslər qoyulacaq. Qəzvin əyalətində isə 4 kilometr məsafədə relslərin qoyulmalı və infrastruktur hazırlanmalıdır. İnfrastrukturun hazırlanması prosesi tamamlandıqdan sonra müvəqqəti relslər qoyulacaq. Bunun üçün zamana ehtiyac var”.
O qeyd edib ki, martın 21-nə qədər nəzərdə tutulan işlərin böyük hissəsi yerinə yetiriləcək.
Qəzvin-Rəşt dəmir yolunun tikintisi üçün 300 mlrd. tümən vəsaitin nəzərdə tutulduğunu deyən Ə.Xəvəri bildirib ki, cari ildə bu layihə üçün 200 milyard tümən ayrılıb: "Bu istiqamətdə dəmir yolu xəttinin tikintisi çox çətindir və bu səbəbdən tikinti işləri vaxt aparır. Layihə Ənzəli limanı və Astaraya kimi uzanacaq və hazırda Rəşt-Ənzəli istiqamətində relslərin qoyulması prosesi başa çatıb.”
Qeyd edək ki, Qəzvin-Rəşt layihəsinin uzunluğu 164 kilometrdir və tikintisinə 2006-cı ildə başlanılıb.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 mln. dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 mln. ton, gələcəkdə isə ildə 15-20 mln. tona qədər olacağı proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər