• cümə, 29 Mart, 09:33
  • Baku Bakı 5°C

Baş direktor: "Cənub Qaz Dəhlizinin arxasında Qərb dünyası dayanır"

13.03.17 14:35 1055
Baş direktor: "Cənub Qaz Dəhlizinin arxasında Qərb dünyası dayanır"
"BizTANAP-ı heç zaman başqa qaz layihələrinə, xüsusilə də Rusiyanın qaz layihələrinə alternativ və ya rəqib olaraq görmədik". "APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsindəTANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
"Hətta Cənub Qaz Dəhlizini də bu cür layihələrə alternativ və ya rəqib olaraq görmürük. Cənub Qaz Dəhlizi tamamlayıcı layihə rolunu oynayır. "Nabucco" layihəsinin fiaskoya uğraması nəticəsindəTANAPvə TAP layihələri ortaya çıxdı. Cənub-Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə uzun müddətdir qaz mənbələrini diversifikasiya edə bilmirlər və bu səbəbdən bəzi problemlərlə üzləşirlər. Xüsusilə, əsas qaz tədarükçüsü olan Rusiyanın tranzit ölkələrlə yaşadığı problemlər səbəbindən bəzi ölkələrin qaz təchizatı ciddi təhdidlərlə üz-üzə qalır. Bu baxımdanTANAPsanki bir tamamlayıcı layihə rolunu oynayacaq və burada rəqabətdən söz gedə bilməz. Bu kəmər vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə 10 mlrd. kubmetr qaz nəql olunacaq ki, bu daTANAP-ın ciddi əhəmiyyətindən xəbər verir. Bundan başqa, Avropaya nəql olunan Rusiya qazı iləTANAP-ın ötürücülük qabiliyyəti müqayisəolunmazdır", - deyə S.Düzyol qeyd edib.
Baş direktorun sözlərinə görə, Cənub Qaz Dəhlizi və onun komponentlərinin arxasında Qərb dayanır: "Bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşü keçirildi. Tədbir iştirakçılarının siyahısında baxanda məlum olur ki, bu layihəyə olduqca böyük maraq var. Cənub Qaz Dəhlizi və onun komponentləri olan layihələrin arxasında Qərb dünyası dayanır. Belə olduğu halda layihənin uğurla başa çatdırılması şansları xeyli artır. Təbii ki, bütün layihələr kimi, bu layihə də siyasi risklərdən sığortalanmayıb. Diqqət edin, bu layihənin hüquqi təməlini təşkil edən anlaşmalar imzalanan zaman bir çox ölkələrin rəhbərləri, baş nazirləri, nazirləri ya imza atdı, ya şahid qismində çıxış etdi, ya da tam dəstəyini ifadə etdi. Çünki bu layihələr hər bir iştirakçı ölkənin siyasətinə və iqtisadiyyatına xeyir verəcək. Başqa sözlə, bu layihələrdən hər kəs qazanacaq. İnanıram ki, dünyanın siyasi gündəmində baş verən ciddi proseslər bu layihələr üçün risk yaratmayacaq. Hətta "soyuq müharibə" dövründə Rusiya Qərbin qaz təchizatında problem yaratmadı və bunu unutmaq olmaz".
banner

Oxşar Xəbərlər