“Barselona”ya getmir, kluba sadiqdir
"Yuventus”un baş direktoru Cüzeppe Marotta "Barselona”da işləyəcəyi
ilə bağlı yayılan məlumata münasibət bildirib.
Komanda.az xəbər verir ki, Marotta bu məlumatı təkzib edib. O,
"Yuventus”a sadiq olduqlarını və burda onu hər şeyin qane etdiyini deyib:
"Barselona”ya getmirəm. Mən və Paratiçi "Yuventus”da özümüzü əla hiss
edirik. Biz kluba sadiqik və bütün qüvvəmizlə çalışırıq.
Anyelli, Nedved və komanda ilə işləmək bizim üçün komfortdu. Biz
qalib komanda modeli formalaşdırmışıq. Mənim müqaviləmin uzadılması barədə
danışmırıq. Ona görə ki, biz bütün ömrümüz boyu bu kluba məxsusuq.
Yoz, əgər "Yuventus” dəyişiklik olmasını istəyərsə, onda biz bunu
müzakirə edə bilərik”.