• cümə, 29 Mart, 00:24
  • Baku Bakı 7°C

“Barselona”nın sabiq futbolçusu Niderland yığmasına rəhbərlik edəcək

03.02.18 10:20 779
“Barselona”nın sabiq futbolçusu Niderland yığmasına rəhbərlik edəcək
"Barselona”nın sabiq futbolçusu Ronald Kuman Niderland yığmasının baş məşqçisi olacaq.
APA-nın məlumatına görə, bu barədə "De Telegraaf” xəbər verib.
Niderland futbol federasiyasının başçısı Erik Qudde R.Kumanı adıçəkilən posta ən yaxşı namizəd adlandırıb.
Məlumata görə, R.Kumanın köməkçiləri də artıq müəyyənləşib. 55 yaşlı mütəxəssisə Niko-Yan Hooqma və Alois Venker kömək edəcək.
Qeyd edək ki, Ronald Kuman müxtəlif illərdə "Ayaks”, "Benfika”, PSV, "Valensiya”, "Feyenord”, "Sauthempton”, "Everton” klublarını çalışdırıb.
banner

Oxşar Xəbərlər