“Barselona”nın Raulu “Arsenal”a keçir
"Barselona”nın idman direktoru Raul Sanllehi postunu tərk edəcək.
Kaspi.az xəbər verir ki, Raul gələn ilin fevral ayından "Arsenal”da
işləyəcək. Bu barədə məlumatı London klubunun saytı yayıb.
Raul "Arsenal”da futbol əməliyyatlarına rəhbərlik edəcək. Onun əsas
vəzifəsi transfer danışıqları aparmaq olacaq. O, "Arsenal”ın baş məşqçisi Arsen
Venger və icraçı direktor İvan Qazidislə əlaqəli fəaliyyət göstərəcək.
Sanllehi 14 ildi ki, "Barselona”da çalışır. Onun kataloniyalılarla
müqaviləsi dekabrın 1-də başa çatır.