• cümə, 19 Aprel, 12:08
  • Baku Bakı 25°C

“Barselona”nın müdafiəçisi “El Klasiko”nu buraxa bilər

05.10.20 17:51 712
“Barselona”nın müdafiəçisi “El Klasiko”nu buraxa bilər

İspaniyanın "Barselona” klubu müdafiəçisi Xordi Albanı itirib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi V turda "Sevilya” ilə (1:1) qarşılaşmada sıradan çıxıb.
Matçın 75-ci dəqiqəsində zədələnərək yeni transfer Serjinyo Destlə əvəzlənən 31 yaşlı oyunçunun bərpa vaxtı qeyri-müəyyəndir. Albanın oktyabrın 18-də "Xetafe” ilə növbəti tur matçında iştirakı gözlənilmir. Sol cinah oyunçusu hətta ayın 25-də "El Klasiko”da "Real”la ev qarşılaşmasını da buraxa bilər.
Qeyd edək ki, "Barselona” keçirdiyi ilk üç oyunda 7 xal toplayıb.
banner

Oxşar Xəbərlər