• cümə axşamı, 28 mart, 14:10
  • Baku Bakı 16°C

“Barselona” yetirmələrinə diqqət ayırmır?

12.06.17 16:00 1516
“Barselona” yetirmələrinə diqqət ayırmır?
"Barselona”nın sabiq futbolçusu Alexandro Qrimaldo klubdakı durumla bağlı gileylənib.
Kaspi.az xəbər verir ki, "Barsa”nın futbol məktəbinin yetirməsi olan Qrimaldo hazırda "Benfika”nın şərəfini qoruyur. O, Kataloniya klubunu öz yetirmələrinə diqqət ayırmamaqda ittiham edib:
"Barselona”nın əsas komandasına düşmək həmişə çətin olub. Ancaq əvvəllər klub öz yetirmələrini diqqətdə saxlayırdı. İndi isə "Barsa” öz yetirmələrinə heç bir diqqət ayırmır. Komandanın tərk edib başqa yerlərə üz tutan futbolçular var ki, səviyyələri "Barsa”da oynamağa imkan verir”.
banner

Oxşar Xəbərlər