• cümə axşamı, 25 aprel, 01:11
  • Baku Bakı 19°C

“Barselona” top-klublara PSJ-yə qarşı birləşməyə çağırır

01.08.17 14:35 1589
“Barselona” top-klublara PSJ-yə qarşı birləşməyə çağırır
"Barselona” Avropanın top-klublarına müraciət edib.
Kaspi.az xəbər verir ki, "Barsa” PSJ-nin transfer siyasətinin müasir futbol üçün ciddi təhdid olduğu qənaətindədi. Klub rəhbərliyi artıq "Yuventus” və "Bavariya” ilə əlaqə saxlayıb.
İtaliya və Almaniya nəhəngləri "Barsa”nın təklifini qəbul ediblər. PSJ-nin "Barselona”nın futbolçusu Neymara görə 222 milyon avro ödəmək istəməsi futbol dünyasında böyük rezonans doğurub.
"Barselona” bu məbləğ ödəniləcəyi təqdirdə, Neymarı buraxmaq məcburiyyətindədir. Klub rəhbərliyi bununla bağlı UEFA-ya da şikayət etmək niyyətindədir.
banner

Oxşar Xəbərlər