• cümə axşamı, 25 aprel, 14:17
  • Baku Bakı 23°C

“Barselona” liderliyini və məğlubiyyətsizlik seriyasını davam etdirir

29.10.17 09:20 946
“Barselona” liderliyini və məğlubiyyətsizlik seriyasını davam etdirir
Futbol üzrə İspaniya çempionatının onuncu turunda "Atletik” (Bilbao) klubunu səfər oyununda 2:0 hesabı ilə məğlub edən "Barselona” turnir cədvəlində liderliyini davam etdirir.
AZƏRTACxəbər verir ki, bu oyunda rəqib qapısına vurulan toplardan birinə Lionel Messi imza atıb. Bununla da Kataloniya klubunun argentinalı hücumçusu cari mövsümdə hesabındakı qolların sayını 12-yə çatdırıb və ən yaxşı bombardirlərin siyahısına başçılıq edir.
Bu mövsümdə hələ məğlubiyyət acısı dadmayan və 30 mümkün xaldan 28 xal toplayan "Barselona” turnir cədvəlində birinci yeri tutur. O, növbəti oyununu noyabrın 4-də öz meydançasında "Sevilya” klubuna qarşı keçirəcək.
banner

Oxşar Xəbərlər