• cümə axşamı, 28 mart, 18:07
  • Baku Bakı 13°C

“Barselona” kubokdan qovulacaq?

18.01.19 11:50 599
“Barselona” kubokdan qovulacaq?
"Barselona” İspaniya kubokundan uzaqlaşdırıla bilər.
Kaspi.az xəbər verir ki, "Barsa”nın turnirin qaydalarını pozub. Kataloniyalılar cəzalı futbolçunu meydana buraxıblar. Bu barədə iddianı "El Mundo” irəli sürüb.
Müdafiəçi Xuan Brandaris "Barselona B” komandasının heyətində 5 sarı vərəqə aldığı üçün cəzalı durumda olub. Ancaq bu amili diqqətdən qaçıran məşqçilər korpusu onu 1/8 finalda "Levante” ilə keçirilən ilk qarşılaşmada meydana buraxıblar.
"Barselona” "El Mundo”nun iddiasına cavab verib. Bildirilib ki, futbolçu cəzanı hansı turnirdə alıbsa, məhz həmin turnirdə də çəkməlidir.
Ancaq nəşr iddia edir ki, intizam kodeksinin 56.3 bəndinə əsasən, futbolçu cəzasını çəkməyibsə, heç bir turnirdə meydan çıxa bilməz.
Qeyd edək ki, analoji hala görə, 2015-ci ildə "Real” cəzalanmışdı. Həmin vaxt "kral klubu” Denis Çerışevi meydana buraxmışdı. Sonradan məlum olmuşdu ki, Çerışev hələ "Vilyarreal”da çıxış edərkən cəzalı duruma düşüb.
banner

Oxşar Xəbərlər