• cümə axşamı, 25 aprel, 20:03
  • Baku Bakı 21°C

“Barselona” ilə oyunu 4 futbolçu satıb

04.04.17 11:05 779
“Barselona” ilə oyunu 4 futbolçu satıb
İspaniyanın B divizionunda mübarizə aparan "Eldense” klubunun çempionatdan çıxdığı barədə məlumat vermişdik.
Klub "Barselona B” komandasına 0:12 hesabı ilə məğlub olduqdan sonra fəaliyyətini dayandırdığını bildirmişdi. Bu biabırçı məğlubiyyətin detalları məlum olub.
Kaspi.az xəbər verir ki, İspaniya mətbuatında oyunun satıldığı ilə bağlı məlumat yayılıb. "Eldense”nin 4 futbolçusunun oyunu satdığı bildirilir. Bu barədə komandanın hücumçusu Şeyka Saada məlumat verib:
"Oyunu kimlərin satdığını bilirəm. Amma indi onların adlarını açıqlamayacağam. Söhbət 4 futbolçudan gedir. Oyundan əvvəl komanda yoldaşım mənə yaxınlaşaraq dedi: "Oyun alınıb, sən oynamaq istəyirsən?”
Qarşılaşmaya yarım saat qalmış məni əsas heyətdən çıxardılar. Oyundan sonra klub avtobusunda komanda yoldaşlarım dedilər ki, oyunu satanlar paltardəyişmə otağında qalıblar. Mən ora qayıtdım və onlarla mübahisə etdim. Az qalmışdı ki, əlbəyaxa davaya çıxaq”.
"Eldense”nin idman direktoru David Aqilar da oyunun satılması barədə məlumatı qarşılaşmadan sonra alıb: "Kimsə mənə zəng etdi və dedi ki, oyun alınıb. O, bir-iki günə daha çox informasiya verəcəyini vəd etdi. İlkin məlumata görə, qarşılaşma bukmekerlerin marağına uyğun olaraq satılıb. Bu işdə vasitəçi olanlardan biri futbolçuların agentidir”.
banner

Oxşar Xəbərlər