“Barsa”ya məğlub oldular, çempionatdan çıxdılar
İspaniyanın 3-cü divizionunda çıxış edən "Eldense” klubu çempionatda
iştirakını dayandırıb.
Kaspi.az xəbər verir ki, klub rəhbərliyi bu addımı "Barselona B”
komandasına məğlubiyyətdən sonra qəbul edib. "Eldense” 32-ci turda "Barselona
B” komandasına 0:12 hesabı ilə məğlub olmuşdu.
Klubun məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, rəhbərlik
birinci komandanın idman yarışlarında iştirakını məqbul hesab etmir. Klub
italyan investorlarla da əməkdaşlığa son qoyub. İtalyanlarla bu ilin fevral
ayından əməkdaşlıq edilirdi.
"Eldense” 32 turdan sonra cəmisi 14 xal toplayaraq, turnir cədvəlinin
sonuncu pilləsində qərarlaşmışdı.