“Barsa”nın “qatil”i müqaviləni uzatdı
"Yuventus”un hücumçusu Paulo Dibala klubu ilə müqaviləni uzadıb.
Kaspi.az xəbər verir ki, Dibalanın yeni müqaviləsi 2022-ci ilin
yayına qədər nəzərdə tutulub. Tərəflər yeni müqavilə barədə rəsmi açıqlamanı
yaxın günlərdə verəcəklər.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Dibala yeni müqavilə
bağladıqdan sonra "Yuventus”da Qonsal İquaindən sonra ən ödənişli futbolçu
olacaq. İquainin illik məvacibi 7,5 milyon avrodur.
Dibala "Yuventus”a 2015-ci ildə 32 milyon avro qarşılığında "Parma”dan
keçib. Onun qüvvədə olan müqaviləsi 2020-ci ilin yayına qədər nəzərdə tutulub.
Hücumçunun illik məvacibi 3 milyon avrodur.