AZE | RUS | ENG |


“Barsa”nın prezidenti azarkeşləri arxayın etdi

“Barsa”nın prezidenti azarkeşləri arxayın etdi
Lionel Messinin "Barselona” ilə yeni müqaviləsi rəsmiləşmədiyinə görə, söz-söhbət hələ də davam edir. 
 
Kaspi.az xəbər verir ki, İspaniya mətbuatı Messinin və İnyestanın komandadan ayrıla biləcəyini yazır. "Barsa”nın prezidenti Xosep Mariya Bartomeu növbəti dəfə bu məsələyə münasibət bildirib. O, azarkeşləri arxayın edəcək açıqlama verib: 
 
"Messi "Barselona”da nə vaxta qədər istəyirsə, o vaxta qədər də oynayacaq. İnyestaya gəldikdə isə o, universal futbolçudur. İnyesta Ronaldinyo ilə də oynayıb, indi də Messi ilə oynayır. 
 
Andres bizim komanda üçün fundamental əhəmiyyətə malikdir. O da istədiyi vaxta qədər "Barsa”da qalacaq. Azarkeşlər Messi və İnyesta məsələsində tam arxayın ola bilərlər”. 
 
Bartomeu bir müddət əvvəl verdiyi açıqlamada Messi ilə yeni müqavilənin bağlandığını, futbolçu Argentina yığmasının düşərgəsindən qayıtdıqdan sonra bu barədə rəsmi açıqlama veriləcəyini bildirmişdi. 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007