• cümə axşamı, 18 aprel, 15:37
  • Baku Bakı 22°C

“Barsa”nın namizədləri - Venger, Xavi, Anri...

04.01.19 15:30 672
“Barsa”nın namizədləri - Venger, Xavi, Anri...
"Barselona” Ernesto Valverdenin yerinə namizəd axtarışına başlayıb.
Kaspi.az xəbər verir ki, "Barsa” rəhbərliyi namizədlərin siyahısını tutub. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.
Məlumatda bildirilir ki, siyahıda bu adlar var: Tyerri Anri, Arsen Venger, Loran Blan, Roberto Martines, Xavi Ernandes, Yordi Kruiff, Ronald Kuman, Frank De Bur, Kike Seten.
Qeyd edək ki, Valverde bir neçə gün əvvəl verdiyi açıqlamada bildirmişdi ki, mövsümün sonunda "Barselona”nı tərk edə bilər. "Barsa” 17 turdan sonra 37 xal toplayaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər