• cümə axşamı, 25 aprel, 17:50
  • Baku Bakı 23°C

“Barsa”nın əfsanəsi ÇL-də son oyununu keçirdi

11.04.18 12:15 851
“Barsa”nın əfsanəsi ÇL-də son oyununu keçirdi
"Barselona”nın futbolçusu Andreas İnyesta Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında "Roma” ilə keçirilən oyundan (0:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, İnyesta olduqca zəif təsir bağışladıqlarını deyib. O, yayda "Barselona”nı tərk edə biləcəyinə də işarə edib:
"Belə məqamda nəsə demək çətindir. Biz buna hazır deyildik. Əgər çoxlu səhv edirsənsə, Çempionlar Liqasında bunu bağışlamırlar. Dəhşətli dərəcədə məyusuq.
İlk hissədə olduqca zəif çıxış etdik, heç nə alınmadı. İkinci hissədə bir qədər artırsaq da, bu, yetərli olmadı. Biz başqa tempdə oynamalı idik. Ola bilsin ki, bu mənim Çempionlar Liqasında son oyunum idi.
Turniri belə notda bitirmək çox ağırdır. İş yetərincə motivasiyanın olmamasında deyil. Bura Çempionlar Liqasıdır, burda gözlənilməzliklər baş verir. Biz fiaskoya uğradıq”.
banner

Oxşar Xəbərlər