• cümə, 19 Aprel, 19:48
  • Baku Bakı 24°C

“Barsa”nı Messinin gedişinə hazırlamalıyıq – Prezident

08.02.19 14:20 703
“Barsa”nı Messinin gedişinə hazırlamalıyıq – Prezident
"Barselona”nın prezidenti Xosep-Mariya Bartomeu klubun gələcək inkişaf planları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Bartomeu "Barselona”nı Messisiz dönəmə hazırlamalı olduqlarını deyib. O, bunun üçün gənclərdən yararlanacaqlarını vurğulayıb:
"Bilirəm ki, bir gün Messi "karyeramı bitirirəm” deyəcək. Ona görə də biz "Barsa”nı Messinin gedişinə hazırlamalıyıq. Komandaya yeni gənc oyunçular gəlib.
Onlar istedadlıdırlar. Uğurlu tarixi davam etdirmək lazımdır. Bunun məsuliyyəti bizim üzərimizdədir.
"Barselona”da hələ iki il də işləyəcəyəm. Komandanı yaxşı vəziyyətdə saxlamalıyam ki, məndən sonra gələcək prezidentə "Bu, bizim irsimizdir” deyə bilim”.
banner

Oxşar Xəbərlər