AZE | RUS | ENG |

“Barsa”lı hesabı ödəməkdən imtina etdi, polis çağırdılar

“Barsa”lı hesabı ödəməkdən imtina etdi, polis çağırdılar
"Barselona”nın futbolçusu Munir Əl-Haddadi qalmaqala səbəb olub. 
 
Kaspi.az xəbər verir ki, Munir qalmaqalı doğum günündə törədib. O, 23 yaşını Madriddəki məşhur "Tiffany” barında qeyd edib. 
 
Futbolçu ad günü mərasiminə 40-a yaxın qonaq çağırıb. Sonda ofisiant 16 min avroluq çek təqdim edib. Ancaq Munir hesabı ödəməkdən imtina edib. 
 
Barın rəhbərliyi polisə müraciət etmək məcburiyyətində qalıb. Polis bara gəldikdən sonra Munir hesabı ödəməli olub. 
 
Çekə nəzər saldıqda məlum olub ki, onun qonaqları çoxlu yemək, içki və qəlyan sifariş ediblər. 
 
Munir müqavilə ilə "Barselona”ya məxsus olsa da, son iki mövsümü icarə əsasında "Valensiya” və "Alaves”də keçirib. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191