• cümə axşamı, 25 aprel, 03:32
  • Baku Bakı 19°C

“Barsa”dakı durumundan narazıdır

09.10.18 13:00 666
“Barsa”dakı durumundan narazıdır
"Barselona”nın futbolçusu Arturo Vidal komandadakı durumundan narazıdır.
Kaspi.az xəbər verir ki, Vidal meydanda az vaxt keçirməsindən gileylənir. Çilili futbolçu ÇL-də "Tottenhem”lə keçirilən qarşılaşmada yalnız 86-cı dəqiqədə meydana çıxıb. Vidal son vaxtlar sosial şəbəkələrdə qəzəb ifadə edən smayliklər paylaşır. Çoxları bunu çililinin "Barsa”nın baş məşqçisinə münasibəti kimi qələmə verirlər. Vidal məsələ ilə bağlı mətbuata açıqlamasında belə deyib:
"Hazırkı durumumdan razı olduğumu deyə bilmərəm. Necə razı ola bilərəm ki, oynamıram? Mən o futbolçulardanam ki, dünyanın ən yaxşı komandalarının heyətində oynamışam və titullar qazanmışam. Bunu "Barselona”da da davam etdirmək istəyirəm.
Həm psixoloji, həm də fiziki cəhətdən tam qaydasındayam. Düzdür, son oyunlarda bir qədər məyus olmuşam. Nə etmək olar, hazırkı situasiya belədir.
Əgər baş məşqçi ilə problemim olsa və ya əsəbi olaramsa, onda yanına gedib bütün bunları onun üzünə deyərəm. Sosial şəbəkələrdə paylaşdığım qəzəbli smayliklər? Bunun üçün müxtəlif səbəblər ola bilər”.
banner

Oxşar Xəbərlər