• cümə axşamı, 25 aprel, 20:31
  • Baku Bakı 21°C

“Barsa”da üsyan, onların dostluğundan narazıdırlar

13.05.19 15:15 680
“Barsa”da üsyan, onların dostluğundan narazıdırlar
"Barselona”nın düşərgəsində gərginlik hökm sürür.
Kaspi.az xəbər verir ki, komandanın futbolçuları "Barselona”dakı durumdan narazıdırlar. "Marca”nın iddiasına görə, komandanın 3 futbolçusu – Messi, Suares və Pike baş məşqçi Ernesto Valverde elə dostluq edirlər.
Bu dostluq digər futbolçuları qane etmir. Onlar hesab edirlər ki, baş məşqçinin bu üç futbolçu ilə həddindən artıq yaxın olması komandanın idarə edilməsinə mənfi təsir göstərir.
Narazı futbolçular bildirirlər ki, bu dostluq ucbatından Valverde heyəti optimal şəkildə formalaşdıra və düşərgədə normal ab-hava yarada bilmir.
Valverde "Barselona”ya 2017-ci ildən başçılıq edir.
banner

Oxşar Xəbərlər