AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Barsa”da birinci vitse-prezident də yoluxdu

“Barsa”da birinci vitse-prezident də yoluxdu

İdman
04 Aprel 2020, 20:45 511
"Barselona”nın birinci vitse-prezidenti Jordi Kardoner də koronavirusa yoluxub. 
 
Kaspi.az xəbər verir ki, 57 yaşlı funksionerdə virusun simptomları özünü  sərt şəkildə göztərməyib. Jordinin durumu normaldır və həyatı üçün təhlükə yoxdur. 
 
Qeyd edək ki, bu, "Barsa”da ilk yoluxma deyil. Bir müddət əvvəl klubun tibbi xidmətinin direktoru Ramon Kanola da virusa yoluxmuşdu. 
 
Klubun həndbol komandasının həkimində də koronavirus aşkarlanmışdı.