• cümə, 19 Aprel, 10:49
  • Baku Bakı 13°C

“Barsa” onun hazırladığı plan üzrə hərəkət edib

21.02.18 10:25 672
“Barsa” onun hazırladığı plan üzrə hərəkət edib
"Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Barselona” ilə keçirilən ilk qarşılaşmadan (1:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Konte komandasından razı qaldığını deyib. O, oyunun məhz özlərinin hazırladığı plan üzrə getdiyini də vurğulayıb:
"Futbolçularımla qürur duyuram. "Barsa” məhz bizim onlar üçün hazırladığımız plan üzrə hərəkət etdi. Ancaq hamımız yaxşı bilirik ki, Messi, Suares, İnyesta kimi futbolçularla oynayarkən, səhv etmək nə deməkdi.
"Çelsi” ideal oyuna çox yaxın idi. Amma cəmisi bir səhv... Çox təəssüf ki, bu gün bəxtimiz bir qədər gətirmədi.
Bizim plan həqiqətən də yaxşı idi. İndi 1:1 hesabından danışırıq. Ancaq ola bilsin ki, "Çelsi” daha artığına layiq idi”.
banner

Oxşar Xəbərlər