Barsa” onu alıb PSJ-yə verir, Neymarın əvəzinə
PSJ-nin futbolçusu Neymarın "Barselona”ya qayıtması məsələsi gündəmə
gəlib.
Kaspi.az xəbər verir ki, a”Barsa”nın kapitanı Lionel Messi də klub
prezidentindən xahiş edib ki, Neymarı qaytarsın. Rəhbərlik bu tranfsferi həll
etmək üçün müəyyən planlar cızırlar.
Onlardan biri də Antuan Qrizmanla bağlıdır. "Barselona” Qrizmanı
transfer etdikdən sonra onu Neymarın keçidinə cəlb etməyi və PSJ-yə verməyi
planlaşdırır.
Qrizmanın transferi "Barsa”nın futbolçuları tərəfindən narazılıqla
qarşılandığı üçün klub rəhbərliyi bu planı reallaşdırmağa cəhd göstərir.
Məlumata görə, "Barselona” hələ mart ayında Qrizmanla müqavilənin
şərtlərini məxfi şəkildə razılaşdırıb. Onunla rəsmi müqavilənin iyulun 1-dən
sonra imzalanacağı gözlənilir.