“Barsa” mağarada qalan uşaqlara dəvət göndərdi
"Barselona” Tailandın gənc futbolçularını klubun akademiyasında
keçiriləcək beynəlxalq turnirə dəvət edib.
Kaspi.az xəbər verir ki, Tailandda uşaq komandasının üzvləri Kxao
Luanq mağarasına ekskursiya edərkən, sel səbəbindən orda qalmışdılar. İyunun
23-dən mağarada qalan uşaqların xilas edilməsi üçün bir neçə ölkənin
xilasediciləri cəlb olunmuşdu.
Mağaranın giriş və çıxış hissələrini sel basdığından, uzunmüddətli
əməliyyat nəticəsində, iyulun onunda uşaqların hamısı xilas olunub.
Dəvətlə bağlı "Barselona”nın yaydığı açıqlamada bildirilir ki,
uşaqlar gələn il klubun akademiyasında keçiriləcək beynəlxalq yarışda iştirak
edəcəklər. Ancaq tailandlı azyaşlılar bu yaxınlarda "Nou Kamp”da keçiriləcək
oyuna da dəvət olunublar.