• şənbə, 20 Aprel, 07:27
  • Baku Bakı 14°C

“Barsa” mağarada qalan uşaqlara dəvət göndərdi

11.07.18 15:15 507
“Barsa” mağarada qalan uşaqlara dəvət göndərdi
"Barselona” Tailandın gənc futbolçularını klubun akademiyasında keçiriləcək beynəlxalq turnirə dəvət edib.
Kaspi.az xəbər verir ki, Tailandda uşaq komandasının üzvləri Kxao Luanq mağarasına ekskursiya edərkən, sel səbəbindən orda qalmışdılar. İyunun 23-dən mağarada qalan uşaqların xilas edilməsi üçün bir neçə ölkənin xilasediciləri cəlb olunmuşdu.
Mağaranın giriş və çıxış hissələrini sel basdığından, uzunmüddətli əməliyyat nəticəsində, iyulun onunda uşaqların hamısı xilas olunub.
Dəvətlə bağlı "Barselona”nın yaydığı açıqlamada bildirilir ki, uşaqlar gələn il klubun akademiyasında keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər. Ancaq tailandlı azyaşlılar bu yaxınlarda "Nou Kamp”da keçiriləcək oyuna da dəvət olunublar.
banner

Oxşar Xəbərlər