• şənbə, 20 Aprel, 16:10
  • Baku Bakı 23°C

“Barsa” ilə Neymarın atası arasında münaqişə

02.08.17 11:10 1027
“Barsa” ilə Neymarın atası arasında münaqişə
Neymarın PSJ-yə keçidi baş tutmaya bilər.
Kaspi.az xəbər verir ki, keçid İspaniya Peşəkar Futbol Liqasının (LFP) sərt mövqeyinə görə reallaşmaya bilər. Liqa Rəhbərliyi Neymarın 222 milyon avro qarşılığında başqa kluba keçməsinə imkan verən bəndi "Barselona” ilə Neymarın atası arasında yaşanan münaqişəyə görə dondurub.
Neymar 2016-cı ilin yayında "Barsa” ilə müqaviləni uzadarkən, atası 26 milyon avro qonorar almalıydı. Ancaq "Barselona” rəhbərliyi indi bu pulu ödəmək istəmir.
Rəhbərlik hesab edir ki, Neymar "Barselona”da müqavilə müddətinin sonuna qədər qalacağı təqdirdə, həm də agenti olan atası 26 milyonu tam şəkildə alacaq.
banner

Oxşar Xəbərlər