• cümə, 29 Mart, 13:17
  • Baku Bakı 14°C

“Barsa” ilə danışıq apardıqlarını etiraf etdi

04.05.20 15:00 666
“Barsa” ilə danışıq apardıqlarını etiraf etdi
"Yuventus” "Barselona” ilə transfer danışqları apardığını təsdiqləyib.
Kaspi.az xəbər verir ki, bu barədə klubun idman direktoru Fabio Paratiçi məlumat verib. O, "Barselona” ilə bir neçə transfer sövdələşməsi apardıqlarını etiraf edib:
"Bəzi futbolçuların dəyişdirilməsi ilə bağlı müzakirələrimiz olur. Məsələn, Pyaniçlə Arturun. Biz nəinki "Barselona”, digər klublarla da mütəmadi olaraq belə danışıqlar aparırıq.
Transfer bazarı barədə söhbət aparır, gələcəkdə nələr ola biləcəyini müzakirə edirik”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Barselona” "Yuventus”un futbolçusu Miralem Pyaniçi transfer etmək istəyir və bunun üçün Arturo Ramosu vermək niyyətindədir. Amma o da bildirilirdi ki, "Yuventus” Pyaniçin əvəzində Serxio Robertonu əldə etməyi planlaşdırır.
banner

Oxşar Xəbərlər