• çərşənbə axşamı, 16 aprel, 20:02
  • Baku Bakı 18°C

“Barsa” bir ildən sonra onu havayı əldə edəcək

27.07.18 12:20 472
“Barsa” bir ildən sonra onu havayı əldə edəcək
"Barselona” PSJ-nin yarımmüdafiəçisi Adrien Rabonu teransfer etməkdə israrlıdır.
Kaspi.az xəbər verir ki, "Barsa” futbolçunun razılığını alsa da, PSJ onu satmaq istəmir. Neymarın transferindən sonra bu klublar arasında münasibətlər pozulduğu üçün, PSJ "Barsa”nın istəyini geri çevirib.
Ancaq İspaniya nəhəngi təslim olmaq fikrində deyil. "Barselona” Adrieni bir ildən sonra heyətə cəlb etməyi düşünür. Özü də havayı. Çünki həmin vaxt futbolçu azad agent statusunda olacaq. Çox güman ki, "Barsa”ya keçmək istəyən Adrien PSJ ilə yeni müqavilə bağlamayacaq.
banner

Oxşar Xəbərlər